Dünya

Qadın 10 uşaq dünyaya gətirdi

21 Yanvar 2022 21:30
0 Şərh     Baxış: 1 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında 34 yaşlı qadın beş əkiz dünyaya gətirib.

Milli.Az xəbər verir ki, bu barədə yerli "Saudi Gazette" nəşri məlumat yayıb.

Doğuş yanvarın 12-də Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təbuk şəhərində yerləşən Kral Salman adına xəstəxanada baş verib.

Qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsinin müdiri Attiya əl-Zəhrani başda olmaqla həkimlərin ciddi nəzarəti altında olub.

Yeni doğulmuş 10 körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısının tam sağlam olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Kral Salmanın adını daşıyan xəstəxana krallığın ən böyük tibb ocaqlarından biridir. Xəstəxana 1980-ci ildə yaradılıb və ölkədə endoskopiya texnologiyasını tətbiq edən ilk tibb müəssisəsidir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory