Ermənilərin bir şəhəri və 5 kəndi neytral zonaya ÇEVRİLİR: Qoşunlar geri çəkilərsə…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verildiyi kimi, Ermənistan tərəfi Azərbaycanla sərhədlə bağlı hələ xeyli əvvəl təkliflə çıxış edib.
Milli.Az jamazşinfo-ya istinadən xəbər verir ki, həmin təklifə əsasən Azərbaycan və Ermənistan orduları paralel olaraq geri çəkilməli və bundan sonra delmitasiya və demarkasiya prosesinə başlanmalıdır.
Erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusu guya, onun ərazilərinə daxil olub. Xüsusən, Qaragöl, Xındzazor və daha bir neçə istiqamətində "güzgü effektli" geriçəkilmə olmalıdır. Lakin rəsmi Bakı bu təklifi qəbul etmir. Əksinə, bəyan edir ki, hal hazırda Ordumuz Azərbaycan torpaqlarında yerləşdirilib və onlar dövlət sərhəddini qorumaqla məşğuldurlar.
Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan bununla bağlı araşdırma aparıb və İrəvanın "güzgü effektli" geriçəkilmə təklifinin təhlükəli olduğunu bildirib. O deyib ki, əgər belə bir addım atılarsa, Ermənistan növbəti dəfə torpaq itkisi ilə üzləşəcək. O, bununla bağlı bəzi misallar da çəkib.
Ağababayan yazır ki, qoşunların paralel olaraq geri çəkilməsi prosesinin baş verəcəyi ərazilərdən biri Qafan şəhəridir. "Şəhərin düz mərkəzində yerləşən Qafan Hava Limanı ilə Azərbaycan mövqeləri arasında məsafə 50-100 metr təşkil edir. Əgər qoşunlar geri çəkilərsə, o zaman bu düz Qafan şəhərinin mərkəzinə düşəcək. 43 min əhalisi olan Qafan şəhərinin mərkəzi neytral zona elan ediləcək".
O sünikin Xnatsax kəndini də misal olaraq göstərib. Ağababayan bildirib ki, Azərbaycan Ordusu bu kəndin 200-300 metrliyində qərarlaşıb. "Ermənistan ordusu geri çəkilərsə, bu bütün bir kəndin neytral zonaya çevrilməsi deməkdir. Və ya Sünikin Korindzor kəndi. Təmas xəttindən təxminən 500 metr aralıdadır. Qoşunlar geri çəkilsə, kəndin mərkəzindəki məktəbin taleyi sual altında qalacaq. Və hər iki kəndin əhalisi evekuasiya edilməlidir".
Mərkəz rəhbəri Sünikin Şurnuxu və Çakaten kəndlərini də misal kimi göstərib. "Şurnuxu kəndinin yarısı Azərbaycanın nəzarətindədir. Çakatendə isə vəziyyət belədir ki, təmas xəttindən 350-400 metr aralıda yerləşir. Əgər qoşunlar geri çəkilsə, Şurnuxu tam neytral zona olacaq. Çakatendə isə erməni qoşunları kəndin mərkəzindəki kilsənin yanında və ya məktəbin həyətində yerləşməlidirlər".
Ağababayan bir digər sərhədd kəndinin də vəziyyətini müqayisə edib. Bu, Narkin And kəndidir ki, təmas xəttindən 250-300 metr aralıda yerləşir. "Burada da qoşunlar çəkilərsə, kəndin mərkəzindəki məktəb neytral ərazi elan olunmalıdır".
Sözügedən şəxs bildirib ki, belə bir təklifin irəli sürülməsi anti-erməni yanaşmasının təzahürüdür. "Əgər bu baş verərəsə, sadaladığım kəndlərin hamısı neytral əraziyə çevriləcək. Minlərlə erməni evekuasiya ediləcək. Paralel olaraq, təhlükəsizlik məsələsində ciddi problemlər yaradacaq. Mən hələ, prosesin yaradacağı sosial-iqtisadi, demoqrafik, maddi-texniki və psixoloji problemlərdən danışmıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Fənərbaxça" Bakıya gəlib
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)





