Dünya

İspaniyada qocalar evində yanğın: ölən və yaralananlar var

19 Yanvar 2022 08:59
0 Şərh     Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın şərqində qocalar evində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli xilasetmə departamenti yayıb.

Bildirilir ki, yanğın Valensiyadakı Moncada yaşayış məntəqəsində baş verib, hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.

Xilasedicilər 11 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə həkim briqadalarına təhvil veriblər, 25 nəfər alov bürümüş binadan çıxarılıb, daha 70 nəfər təxliyyə olunub.

İlkin məlumata görə, yanğın oksigen qurğusunda qısaqapanma nəticəsində baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.