Dünya

NASA astronavt çatışmazlığını elan edib

17 Yanvar 2022 15:10
0 Şərh     Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının sayı 150-dən 44-ə qədər azalıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun ofisinin hesabatına istinadən "Futurism" nəşri məlumat yayıb.

Məlumata görə, mütəxəssislərin belə azalması 2000-ci ildən müşahidə edilir.

Qeyd edilir ki, bu vəziyyət ABŞ-da narahatlıq doğurur, çünki NASA daha əvvəl uçuş proqramları ilə bağlı iddialı planlar açıqlayıb.

Sənəddə yaxın illərdə astronavtların sayının artmayacağı bildirilir. Mütəxəssislərin əksəriyyəti təqaüd yaşına çatıb və qurum hələ ki, yeni işçiləri işə götürə bilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory