Dünya

Nazarbayevin qızı danışdı - "atam çoxlu mesajlar alır”

13 Yanvar 2022 17:48
Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva ilk dəfə İnstaqram səhifəsində ölkədəki iğtişaşlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, Nazarbayeva müraciətində ölkədə baş verənləri faciəvi hadisələr adlandırıb, həmçinin bütün həlak olanların ailələrinə başsağlığı verib. "Hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olsun. İnsanların dinc vaxtda ölməsi yanlışdır", - deyə o vurğulayıb.

Bundan əlavə, keçmiş prezidentin qızı atasına verdiyi dəstəyə görə Qazaxıstan vətəndaşlarına təşəkkür edib. Onun sözlərinə görə, Nazarbayev "müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır". O, Qazaxıstana sülh və firavanlıq, Qazaxıstan xalqına isə firavanlıq və cansağlığı arzulayıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.