Dünya

Bu ölkə peyvənd olunmuş turistlərdən PCR testi tələb etməyəcək

16 Yanvar 2022 09:18
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrlandiya yanvarın 13-dən peyvənd olunmuş xarici turistlərdən mənfi COVID-19 testi (PCR test) tələb etməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İrlandiyanın Baş naziri Maykl Martin deyib.

Ölkəyə gələn peyvənd olunmamış turistlərdən isə hələ də gəlməmişdən 72 saat əvvəl alınan mənfi nəticəli PCR testi tələb olunacaq.

Qeyd edək ki, ölkəyə gələnlər üçün qaydaların sözügedən yumşalmasına baxmayaraq, hazırda İrlandiyada COVID-19-un "Omicron" variantı geniş yayılıb və bu səbəbdən hökumət gecə klublarının, pabların və restoranların saat 20:00-dan sonra fəaliyyətini qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.