Dünya

“WhatsApp”da yeni funksiya işə salındı

11 Yanvar 2022 22:56
0 Şərh     Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" səsli mesajlara qulaq asmağı daha da rahatlaşdırıb.

Artıq onları yazışmanın içərində olmadan da dinləmək mümkündür.

Yeni söhbət və ya messengerin əsas ekranına keçdiyiniz zaman səsli mesaj pleyeri proqramın yuxarı hissəsində görünür.

Burada həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrdən istifadə etmək, eləcə də səsli mesajın müddət göstəricilərini izləmək olar.

Yeni arxa fonda dinləmə funksiyası səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir.

Hələlik yenilik "WhatsApp"ın Android üçün beta versiyasında işləyir. Lakin tezliklə iOS və Android smartfonların bütün istifadəçiləri üçün əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.