Dünya

Azərbaycanlıların estetik əməliyyat davası Nişantaşını bir-birinə qatdı

8 Yanvar 2022 07:59
0 Şərh     Baxış: 1 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərinin Nişantaşı səmtində azərbaycanlılar arasında dava çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, gözəllik mərkəzində estetik əməliyyat etdirən Azərbaycan vətəndaşı M.İ. ilə mərkəzin işçiləri arasında dava olub.

Belə ki, M.İ bir müddət öncə mərkəzdə çənə sivriləşdirmə əməliyyatı keçirib. Proseduru bəyənməyən M.İ. yenidən mərkəzə gələrək, azərbaycanlı F.D. və S.D. ilə mübahisə etməyə başlayıb. Onların mübahisəsi davaya çevrilib.

İddiaya görə, dava əsnasında M.İ. pəncərəyə çıxaraq, "Məni girov götürüblər, öldürəcəklər", - deyə bağırıb. Qadının səsi qısa müddətdə bütün prospekti bürüyüb və vəziyyəti görən vətəndaşlar polisə xəbər veriblər.

Bu zaman küçədə M.İ-ni gözləyən yaxınları da mərkəzə giriblər. Polislərin müdaxiləsi ilə onlar polis bölməsinə aparılıblar.

Qeyd edilib ki, hər iki tərəf bir-birindən şikayətçi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.