Dünya

Almatıda bu gün səhər yenidən atışma qeydə alınıb

8 Yanvar 2022 08:28
0 Şərh     Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almatı şəhərinin mərkəzində atışma davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərdəki qatı duman asayiş keşikçilərinin xidmətini çətinləşdirir.

Şübhəli qrupları, asayişi pozmağa cəhd edənlərin axtarılıb tapılmasında şəhər sakinlərinin polislərə kömək etdiyi bildirilib.

Şübhəlilər daha çox parklarda və meydanlarda diqqəti cəlb edirlər.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri verib. O, həmçinin sakinləri şübhəli vətəndaşların tapılmasına kömək etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.