Dünya

Yaponiyada koronavirusun altıncı dalğası başlayıb

7 Yanvar 2022 13:04
0 Şərh     Baxış: 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya koronavirus infeksiyalarının altıncı dalğasına daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Assosiasiyasının rəhbəri Toşio Nakaqava təşkilatın həkimlərinin fikrinə əsasən bildirib.

"Hesab edirik ki, ölkə altıncı dalğaya qədəm qoyub. Xüsusən də, bu dəfə xəstəliklərin sayı artmağa başlayandan bəri onların artım tempi son dərəcə yüksəkdir", - deyə o qeyd edib.

Cümə axşamı Yaponiyada sentyabrın ortalarından bəri ilk dəfə gündə 4 475 koronavirusa yoluxma hadisəsi aşkar edilib. Bu, əvvəlki günlə müqayisədə təxminən iki dəfə, iki gün əvvəlki ilə müqaisədə isə dörd dəfə çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.