Dünya

Amsterdamda polislə aksiya iştirakçıları arasında qarşıdurma

2 Yanvar 2022 20:43
0 Şərh     Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandın paytaxtı Amsterdam şəhərində aksiya iştirakçıları arasında şiddətli qarşıdurma baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkədə koronavirus pandemiyası ilə bağlı növbəti karantin rejiminə etiraz edirlər.

Sosial şəbəkələrdə yayılan görüntülərdən polisin aksiya iştirakçılarına qarşı şiddətə baş vurduğunu görmək mümkündür. Bununla yanaşı, polislər aksiyaya xidməti itləri cəlb edib.

"NL Times" nəşri yazır ki, etiraz aksiyası şiddətli qarşıdurmaya çevrildiyindən polis əməkdaşları etirazçılara qarşı güc tətbiq etməli olub.

Ümumilikdə aksiyada 3500-dən çox insan iştirak edir. Ölkə polisi etiraz aksiyalarında daha bir neçə min insanın iştirak edəcəyini gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.