Dünya

Ermənistan Türkiyə mallarına qoyulan qadağanı aradan qaldırdı

30 Dekabr 2021 19:31
0 Şərh     Baxış: 1 078
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan hökuməti Türkiyə mallarının idxalına qoyulan qadağanı aradan qaldırıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin Feysbuk səhifəsində məlumat paylaşılıb.

Belə ki, Ermənistan 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqonu aradan qaldırılacaq.

Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə Ermənistan hökumətinin qərarı ilə Türkiyə mallarının Ermənistana idxalına altı aylıq qadağa qoyulub və bu qadağa 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Yarım il sonra, iyunun 26-da keçirilən iclasda Ermənistan hökuməti türk mallarının idxalına qoyulan qadağanı daha altı ay uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.