Dünya

Saakaşvili naməlum istiqamətdə aparılıb

30 Dekabr 2021 08:12
0 Şərh     Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçi Qori şəhərindən naməlum istiqamətdə aparılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Yelizaveta Yasko bu barədə feysbukdakı hesabında yazıb.

"Məlumat var ki, Mixeil Saakaşvilini Qoridən çıxarıblar! Naməlum istiqamətdə! Vəkillər onun Qoridə olmadığını təsdiqləyiblər! Onun vəziyyətini və aparıldığı istiqaməti heç kim bilmir!", - Yasko sosial şəbəkədəki hesabında yazıb.

Çərşənbə axşamı Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.