Dünya

Alimlər: Koronavirusun "omikron" ştamının ev şəraitində müalicəsi mümkündür

24 Dekabr 2021 11:54
0 Şərh     Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun "omikron" ştamı ilə yoluxma halında "delta"dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir.

Məlumatlara görə, yoluxmuş "omikron"un xəstəxanaya getmə riski "delta" ilə müqayisədə 50-70% azdır.

Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının "omikron" ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.