“Meyvə-tərəvəz lüks qidaya çevrilir” - Almaniyada son 30 ilin ən ağır dövrü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin noyabr ayında Almaniyada istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2%, oktyabr ayı ilə müqayisədə isə 101% təşkil edib.
Milli.Az Report-a istinadən xəbər vderir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsindən bildirilib.
"İl ərzində Almaniyada qiymətlər 6-cı dəfə artıb və ötən ay illik dinamika ən yüksək səviyyədə olub. Sonuncu dəfə təxminən 30 il bundan əvvəl - 1992-ci ilin iyun ayında illik inflyasiya səviyyəsi 5,8% təşkil edib", - deyə idarənin rəhbəri Georg Thiel bildirib.
"Meyvə-tərəvəz lüks qidaya çevrilir"
Almaniyada əksər qida məhsulları son 3 ayda əhəmiyyətli dərəcədə bahalaşıb. Təkcə tərəvəzin qiymətlərində orta hesabla 9.2% artım qeydə alnıb. Kərə yağı, süd, yumurta, çörək və spirtsiz içkilər kimi digər məhsullar da hər həftə bahalaşır. Mütəxəssislərin fikrincə, qarşısı alına bilməyən qiymət artımının səbəblərinə xaricdən idxalın azalması da daxildir. Belə ki, koronavirusla (COVID-19) əlaqədar karantin tədbirləri və istehsalın dayandırılması bir çox yerlərdə məhsuldarlığın azalmasına səbəb olub. Nəticədə, Avropa ölkələri arasında ticarət əlaqələri zəifləyib. Bundan əlavə, alman fermerlər pandemiyadan əvvəlki dövlərlə müqayisədə ölkəyə çox az sayda mövsümi işçilər gətirə biliblər. Onların iş şəraiti və sənədləri ilə bağlı bürokratik əngəllər mövsümi işçilərin ölkəni tərk etməsi ilə nəticələnib. İşçi itkisi ilə mübarizə aparan müəssisələrin məhsuldarlığı qat-qat aşağı düşüb. Xüsusilə marketlərdə "regional məhsul" kimi tanınan, Almaniyada yetişdirilən meyvə-tərəvəzin, eləcə də qida məhsullarının az qala 40 %-i xaricdən tədarük edilməyə başlayıb.
.jpg)
"Meyvə-tərəvəz lüks qidaya çevrilir" başlıqlı məqaləsi ilə son aylar ölkədəki qiymət artımına diqqəti çəkən "Tagesspiegel" qəzeti bildirir ki, az gəlirli insanlara, işsizlərə qida məhsulları paylayan "Tafel" təşkilatının şəhərlərdəki mərkəzlərində uzun növbələr yaranıb. "Əvvəllər buraya yaşlı, xəstə və işləməyən şəxslər gəlirdisə, indi vəziyyət tamam dəyişib. Artıq orta gəlirli insanları da burada görmək mümkündür. Onlara qida məhsulları simvolik qiymətə təqdim olunur", - deyə qəzetin xəbərində vurğulanır.
Yanacaq və elektrik enerjisi bahalaşacaq
Almaniyada gündəlik nəşr olunan "Saarbrücker"qəzeti isə yazır ki, ölkədəki yeni koalisiya hökumətinin 1 saatlıq minimum əmək haqqının 12 avroya yüksələcəyini elan etməsi bir çox sahələrdə qiymət artımına səbəb olub. ""Düzdür, hökumətinin hədəflədiyi 12 avroluq minimum əməkhaqqının nə vaxtdan tətbiq ediləcəyi hələ bilinmir. Ancaq görünən oldur ki, hökumət sürətli bahalaşmanı nəzərə alaraq, miminum əmək haqqını mərhələli şəkildə artırmağı planlaşdırır. Yanvarın 1-dən sözügedən göstərici 1 saat üçün 9,6 avrodan 9,82 avroya, iyulun 1-dən yenidən 0,63 avro artırılaraq 10,45 avroya çatdırılacaq",- deyə, qəzet məqaləsində qeyd edib.
Bu arada, Almaniyadakı İstehlakçı Məsləhət Mərkəzinin məlumatına görə, ölkədə benzinin litri 1,5 sent, dizel yanacağı 1,6 sent, təbii qaz və elektrik enerjisi isə, 0,1 sent bahalaşacaq.
.jpg)
Süpermarket meneceri: "Endirim edə bilmirik"
Almaniyanın böyük süpermarketlər şəbəkələrindən birinin satış meneceri olan Anna Hartmann deyir ki, marketlərə daxil olan qida məhsullarının təkcə qiymətləri artmayıb, həm də çeşidləri azalıb: "Alıcılar daha ucuz məhsulara üstünülük verdiyi üçün, bir qədər baha olanlar rəflərdən yığışdırılır və istehsalçılar da bazara uyğun - daha ucuz qida məhsullarını çıxarmağa çalışırlar. Normalda hər həftə qida məhsullarına endirim edirdik. İndi edə bilmirik. İstehsalçı endirimlə bağlı təklifimizə razı olmur. Ümumiyyətlə son 10 ildə heç vaxt belə bir vəziyyət olmayıb".
Mütəxəssislərin fikrincə Avropanın lokomotiv ölkəsi olan Almaniyanı 2022-ci ildə daha çətin günlər gözləyir. Onlar illik inflyasiyanın 6 %-i keçəcəyini və sabit qalmayacağını proqnozlaşdırırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"





