Dünya

Afrika əhalinin 70%-nin vaksinasiyası 2024-cü ildə çata bilər”

18 Dekabr 2021 08:33
0 Şərh     Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT dünyada vaksinasiya ilə bağlı qoyulmuş hədəfə çatmağın vacibliyinə bir daha diqqət çəkib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Təşkilatın baş katibi Antonio Quterreş ölkələri ilin sonunadək dünya əhalisinin 40%-nin peyvəndlənməsi hədəfinə çatmaq üçün konkret addımlar atmağa çağırıb.

Qurum rəhbəri ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, hazırkı templərlə Afrika əhalinin 70%-nin vaksinasiyasına yalnız 2024-cü ilin avqustunda çata bilər. Baş katibin sözlərinə görə, vaksinlərin paylaşdırılmasındakı qeyri-bərabərlik virusun variantlarının nəzarətdən çıxmasına gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.