Dünya

Putin yol gedərkən nə ilə məşğul olur?

17 Dekabr 2021 22:04
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin yolda olarkən adətən fərmanları, sertifikatları, müraciətləri, məktubları oxuyur, bəzən mətbuata da baxır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu bardə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Onun təyyarədə həmişə qəzetləri olur. Hərdən onları vərəqləyir, oxuyur. İstəyəndə ona bir çamadan gətirilirr, orada gündəlik bir paket fərman, məktub, müraciət, arayış və s. olur. Onların hər birini oxumaq, imzalamaq və ya dərhal kiməsə zəng etmək, göstəriş vermək və ya əlavə məlumat tələb etmək lazım olur, - deyə Peskov prezidentin yolda nə ilə məşğul olması ilə bağlı suala cavabında deyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.