Dünya

Türkiyədə saxta içkidən 26 nəfər öldü

16 Dekabr 2021 22:24
0 Şərh     Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə daha 26 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə İstanbul, Kahramanmaraş, Qaziantep, Sivas, Ərzincan, Yalova, Antalya, Mersin və Aksarayda baş verib.

Bildirilir ki, qeyri-qanuni yolla gəlir əldə etmək məqsədilə istehsal edilərək satılan saxta içkilər can almaqda davam edir.

Dekabrın 13-dən bəri metil spirtindən zəhərləndiyi təxmin edilən İstanbulun Esenler və Avcılar rayonlarında səkkiz, Kahramanmaraşda dörd, Qaziantepdə dörd, Sivasda üç, Yalovada iki, Ərzincanda iki, Antalyada bir, Mersində bir və Aksarayda bir nəfər ölüb. Bundan başqa, zəhərlənən 22 nəfərin müalicəsi davam edir.

Əməliyyatlarda 85 şübhəlinin saxlanıldığı, 13 qanunsuz spirtli içki istehsal edən obyektin müəyyən edildiyi açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.