Dünya

Körfəzin ərəb ölkələri birgə müdafiə və təhlükəsizlik sistemi yaradırlar

15 Dekabr 2021 21:14
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ər-Riyadın Diriyəh sarayında Körfəzin ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt və Bəhreyn liderlərinin sammiti keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sammitdə Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin təklifi əsasında yekun sənəd qəbul edilib. Birgə Bəyannamədə Körfəzin ərəb ölkələrinin vahid müdafiə və təhlükəsizlik sistemi yaratması da öz əksini tapıb. Sənəddə qeyd olunub ki, Yaxın Şərqdə silahlı münaqişələrin qarşısının alınması, problemlərin həlli istiqamətində əməkdaşlıq da möhkəmlənəcək. Bəyannamədə deyilir ki, Körfəzin ərəb ölkələrinin hər hansı birinə qarşı hərbi təcavüz bütün digər üzv ölkələrə olan hücum kimi qiymətləndiriləcək.

Ər-Riyad Bəyannaməsində, həmçinin Körfəzin ərəb ölkələri arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsi, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində yeni layihələrin həyata keçirilməsi, COVID-19 pandemiyası ilə mübarizədə birgə fəaliyyət və iqlim dəyişikliyi ilə bağlı karbon qazı emissiyasının azaldılması məsələləri əksini tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.