Dünya

ÜST bütün tədbirləri ikiqat artırmağa çağırdı

10 Dekabr 2021 21:35
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa çox ağır, çətin bir epidemiyanın ortasındadır və onun böyük əksəriyyəti "delta" ştamı ilə bağlıdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bildirib.

Harris epidemiyanın mərkəzinin hələ də Avropa olduğunu deyib.

Qeyd edib ki, dünya miqyasında COVID-19-a yoluxmanın 65 faizi Avropadadır.

"Biz çoxdan deyirik ki, ictimai səhiyyə və sosial tədbirləri gücləndirin, peyvəndlərinizi sürətləndirin. Çünki bütün bunlar həm "delta", həm də "omicron"u dayandıracaq", - o əlavə edib.

ÜST sözçüsü bütün tədbirləri ikiqat artırmağa çağırıb.

Qeyd edək ki, "Worldometer" saytının məlumatına görə, son 24 saat ərzində Rusiyada 1176, Polşada 571, Ukraynada 442 nəfər COVID-19-dan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.