Dünya

Rusiyadan Ukraynaya hücum iddialarına - Reaksiya

9 Dekabr 2021 21:58
0 Şərh     Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Baş Qərargah rəisi, general Valeri Gerasimov Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşması ilə bağlı iddiaları təkzib edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, Moskvada xarici dövlətlərin hərbi attaşelərinin iştirak etdiyi brifinqdə bildirib.

"NATO ölkələri Rusiya qoşunlarının ölkəmizdəki hərəkətliliyinə fövqəladə əhəmiyyət verir. Hərbi fəaliyyət bizim milli ərazimizdə həyata keçirilir və bildiriş tələb olunmur. Təlim zamanı hərbi hissələrin yerdəyişməsi adi təcrübədir. Mətbuatda yayılan Rusiyanın Ukraynaya hücumu ilə bağlı iddialar yalandır", - Gerasimov deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.