Dünya

Ankarada İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 22 nəfər tutulub

9 Dekabr 2021 18:42
0 Şərh     Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən antiterror əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinən 30 əcnəbidən 22-si tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ankara Polis İdarəsi Terrora qarşı mübarizə şöbəsi məlumat yayıb.

Bildirilib ki, münaqişə bölgələrində terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən 30 əcnəbi vətəndaşın yaşadığı yerdə antiterror əməliyyatı keçirilib. Müxtəlif ünvanlarda eyni zamanda keçirilən əməliyyat nəticəsində 22 şübhəli tutulub.

Vurğulanıb ki, münaqişə bölgələrindən qaçaraq Türkiyədə gizlənən qruplaşma ilə əlaqəsi olanların tutulması istiqamətində fəaliyyət davam edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.