Dünya

“Üç doza “BioNTech” “omicron”dan qoruyur” - Uğur Şahin

9 Dekabr 2021 08:42
0 Şərh     Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Omicron" ştamından daha yaxşı qorunmaq üçün peyvəndin üçüncü dozası vurulmalıdır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "BioNTech" şirkətinin baş direktoru Uğur Şahin deyib.

"BioNTech"in qurucuları Uğur Şahin və Özlem Türeci koronavirusa qarşı hazırladıqları peyvəndlə bağlı son vəziyyət və "omicron" ştamı ilə əlaqədar mətbuat konfransı keçirib.

Uğur Şahin, "omicron" ştamının iki və üç doza "BioNTech" peyvəndi vurulanlara necə təsir etdiyini araşdırdıqlarını açıqlayıb.

Bildirib ki, araşdırmalarına görə, "BioNTech" peyvəndinin üçüncü dozası virusa qarşı kifayət qədər qorunma təmin edir: "Bu məlumatlar üçüncü dozanın dəyərini açıq şəkildə göstərir".

Elm adamı əlavə edib ki, lazım gələrsə yeni ştama qarşı peyvəndi mart ayına qədər hazır edə bilərlər: "Bu mərhələdə ediləcək ən yaxşı şey, daha yaxşı qorunma təmin etməklə bir doza da peyvənd olunmaqdır".

Özlem Türeci də həmçinin üç doza "BioNTech" peyvəndinin "omicron" ştamını təsirsiz hala gətirdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.