Dünya

“Fəridənin iki min mahnısı” filmi “Oskar” mükafatına namizədlər siyahısına salınıb

8 Dekabr 2021 21:20
0 Şərh     Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistan ssenaristi və rejissoru Elkin Tuyçiyevin "Fəridənin iki min mahnısı" filmi "Ən yaxşı xarici bədii film" nominasiyasında "Oskar" mükafatına namizədlər siyahısına salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, film 2020-ci ildə "Özbəkkino" Agentliyinin sifarişi ilə "Fox Music Cinema" kino şirkəti tərəfindən çəkilib.

Bildirilir ki, Özbəkistandan başqa öz filmlərini bu mükafata dünyanın 93 ölkəsi təqdim edib.

Film keçən əsrin əvvəllərində Türküstanda bir ailənin timsalında baş verən siyasi hadisələrdən bəhs edir.

"Fəridənin iki min mahnısı" filmi ötən ilin noyabrında Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyini əhatə edən "Moskva premyerası" festivalında "Qran-pri"ni alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.