Dünya

İki körpəyə "pfizer" vuruldu; uşaqlar xəstəxanalıq oldu

7 Dekabr 2021 20:42
1 Şərh     Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada iki körpəyə - iki aylıq qız və dörd aylıq oğlan uşağına səhvən koronavirusa qarşı "Pfizer" peyvəndi vurulub. Onlar vaksinə pis reaksiya veriblər, buna görə təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, analar uşaqları xəstəxanaya difteriya, tetanoz, göy öskürək, hepatit B əleyhinə kombinasiyalı peyvənd vurmaq üçün gətiriblərmiş.

Vaksindən sonra uşaqların temperaturu yüksəklib, istiliyi heç bir şəkildə azaltmaq mümkün olmayıb, qız isə qusmağa başlayıb.

Uşaqlar bir həftə xəstəxanada qalacaqlar, onlara hər 48 saatdan bir qan testi ediləcək, həmçinin elektrokardioqramma və exokardioqramma da olacaq.

Hazırda faktla bağlı inzibati araşdırma aparılır və peyvəndi vuran tibb bacısı müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.