Dünya

Nyu-Yorkda bütün işçilər məcburi peyvənd ediləcək

7 Dekabr 2021 08:58
0 Şərh     Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nyu-Yorkda dekabrın 27-dən etibarən bütün iş yerlərində çalışan əməkdaşlar koronavirusa qarşı məcburi peyvənd olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu şəhər meri Bill de Blazio MSNBC TV-nin efirində bildirib.

Mer qeyd edib ki, əvvəllər bu tədbir yalnız bələdiyyə müəssisələrinin işçilərinə aid idisə, artıq özəl müəssisələrə də şamil etmək qərarına gəldik: "Bu tələblər nə qədər geniş olsa, bir o qədər insan peyvənd olunmağın vaxtının çatdığını düşünəcək. Qərar Omicron ştamının yayılması və qış mövsümün gəlişi ilə əlaqədar verilib".

Bill de Blazio əlavə edib ki, artıq beş yaşdan yuxarı uşaqlar üçün də azı bir peyvənd dozası üçün sənəd tələb olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.