Dünya

Türkiyədə daha 185 koronavirus xəstəsi vəfat edib

5 Dekabr 2021 23:56
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 185 nəfər dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 937 nəfərin test edildiyi, 19 357 nəfərin testinin pozitiv nəticə verdiyi, 24 278 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 910 438 peyvənd tətbiq edilib ki, bunun 90,82 faizi birinci, 81,61 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.