Dünya

Bütün tenderlərin qalibi oldu, narazılıq yarandı - Ermənistanda qalmaqal

2 Dekabr 2021 08:28
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın parlament sədri Alen Simonyanın qardaşının dövlət satınalmaları üzrə tenderin qalibi elan edilməsi narazılığa səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, erməni hüquq müdafiəçisi Artur Sakunts Feysbuk səhifəsində bu barədə yazıb:

"Əgər Danimarka, Norveç, Almaniya və ya başqa demokratik dövlətdə parlament sədrinin qardaşı dövlət satınalmaları tenderinin qalibi elan edilsəydi, bu, parlament sədrinin istefası ilə nəticələnəcək siyasi qalmaqala çevrilərdi. Bu fakt əvvəlcədən bilinməsə də, daha sonra KİV tərəfindən ifşa edilsə də, eyni siyasi qalmaqala səbəb olacaqdı".

Qeyd edək ki, Milli Məclis sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın rəhbərlik etdiyi "Euroasfalt" şirkəti ölkədəki bütün yol tikintisi tenderlərinin qalibi olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.