Dünya

Robotlar Yunanıstanda fabriklərdə çalışan işçilərə kömək edəcək

1 Dekabr 2021 22:15
0 Şərh     Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunan alimləri şagird robotu yaratmaq üzərində işləyirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yunan alimləri insanlarla işləməyi bacaran və onlara avtomobil, qida və kimya sənayesində kömək edə bilən ilk şagird robotun prototipini yaradacaqlar. Robotlar süni intellekt, kameralar və sensorlu həssas "dəri" ilə təchiz ediləcək.

Robotun jestləri tanıması və təkrarlaması üçün ona müəyyən bir hərəkəti necə yerinə yetirəcəyini göstərmək lazımdır. Bundan əlavə, robotlar toqquşmalardan yayınma proqramı ilə təchiz ediləcək. Sadə köməkçi əməliyyatları yerinə yetirməyə kömək edən robotlar insanları iş yerlərindən məhrum etmədən yükü müəssisə işçiləri ilə bölüşəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.