Hava

Güclü küləklə bağlı daha bir xəbərdarlıq

17 İyun 2021 17:18
Baxış: 2 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, arabir 23 m/s, iyunun 18-i səhər yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 18-də Azərbaycanın bəzi rayonlarında qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi, bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.