İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
İyunun 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Milli.Az