İstirahət günlərinə olan hava proqnozu açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a daxil olan məlumatına görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında arabir yağış yağacağı, fevralın 23-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 22-də gecə bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-13 dərəcə isti olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)





