Hava

İyulun 30-na olan hava proqnozu

30 İyul 2011 02:00
Baxış: 6 897
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək. Nisbi rütubət səhər və axşam 50-60, gündüz 25-30 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq.
Temperatur gecə 20-25°, gündüz 38-40°, bəzi yerlərdə 42° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 30-35° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava günəşli olacaq.
Temperatur gecə 21-26°, gündüz 35-39° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq.
Temperatur gecə 22-27°, gündüz 38-40°, bəzi yerlərdə 42° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava günəşli olacaq.
Temperatur gecə 22-26°, gündüz 35-39°, dağlarda gecə 15-20°, gündüz 30-35° isti təşkil edəcək.

Xəbərdarlıq: avqust ayının 3-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40°, yarımadanın bəzi yerlərində 42°, aran rayonlarında və Naxçıvan MR-də 38-42°, bəzi yerlərdə 44°, dağlıq rayonlarda 35-38°-dək yüksələcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.