Hava

İyulun 28-nə olan hava proqnozu

28 İyul 2011 02:00
Baxış: 8 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Bakıda gecə 24-26°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütununa bərabər, nisbi rütubət səhər və axşam 50-60, gündüz 30-40 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Temperatur gecə 21-26°, gündüz 37-40°, bəzi yerlərdə 43° isti təşkil edəcək.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 17-22°, gündüz 30-35° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Nabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 19-24°, gündüz 34-39° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 23-27°, gündüz 37-40°, dağlarda gecə 18-23°, gündüz 33-37° isti təşkil edəcək.

Xəbərdarlıq: iyul ayının sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38-40°, aran rayonlarında və Naxçıvan MR-da 38-40°, bəzi yerlərdə 42°, dağlıq rayonlarda 31-36° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.