Hava

İyulun 6-na olan hava proqnozu

6 İyul 2011 02:00
Baxış: 6 473
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 20-22, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65 faiz, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 35-40° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 18-23°, gündüz 31-36° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 18-23°, gündüz 30-35° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 20-25° , gündüz 35-40 isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.