Yağış yağacaq, şimşək çaxacaq - bu tarixdə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 30-dək ölkənin əsasən şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Milli.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 26 və 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 28-i axşam və 29-u gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, 27-si axşamdan 29-dək arabir güclənəcək.
Xidmət rəisi vətəndaşlara hava ilə bağlı daha dəqiq məlumat və xəbərdarlıqları Milli Hidrometeorologiya Xidmətinin meteo.az rəsmi internet səhifəsi və meteo.az mobil tətbiqi vasitəsilə izləməyi tövsiyə edib.
O həmçinin aprel ayının ötən dövründə ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı statistik məlumatları da təqdim edib:
"Aprel ayının ötən dövrü ərzində ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 20 gün normadan yuxarı (0.3-13.6 dərəcə), 4 gün isə normadan aşağı (0.4-2.2 dərəcə) olub, orta aylıq temperatur 14.9 dərəcə isti qeydə alınıb".
Onun sözlərinə görə, aprelin ötən dövrü ərzində ölkə üzrə maksimal temperatur aprelin 24-də Naxçıvan MR-da (Culfa) 31.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə aprelin 8-də 30.5 dərəcə isti qeydə alınıb. Minimal temperatur ölkə üzrə aprelin 15-də Şahdağda 3.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə aprelin 11-də 6.3 dərəcə isti olub:
"Əksər bölgələrdə hava şəraiti yağıntılı keçib, bəzi yerlərdə leysan xarakterli olub. Aprelin 16-da hava şəraiti daha da kəskinləşib, yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı aylıq normanın 378 faizi olmaqla Quba-Qusar zonasına və aylıq normanın 316 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. Yağan leysan xarakterli intensiv və güclü yağışlar nəticəsində çaylarda sululuq artıb, 16 apreldə Böyük və Kiçik Qafqazın çaylarında ümumilikdə 17 sel hadisəsi qeydə alınıb".
N.Mahmudov qeyd edib ki, aprel ayının ötən dövrünün bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Xınalıqda 76 sm olub:
"Aprel ayının ötən günləri ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 6 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 14 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir





