Hava

Əhaliyə Xəbərdarlıq: oktyabrın 17-sindən 19-u gündüzədək...

16 Oktyabr 2024 14:17
Baxış: 5 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Milli.Az xəbər verir ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.