Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb:
"Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə, differensiallı, standart və reanimobil təcili tibbi yardım maşınları olacaq. Bunlardan 5 ədədi tam elektrikli avtomobillərdir. Tam elektrikli təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyasına gəlincə, onların daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun