Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - peşəkar fəaliyyət üçün işgüzar yazışma və danışıqların böyük əhəmiyyəti var. İnformasiya mübadiləsini unutmayın. Səfər, danışıqlar, sənədlərlə iş üçün günün ilk yarısı əlverişlidir.
Günün ikinci yarısında işlərin və ya tapşırıqların bir hissəsinin həvalə oluna biləcəyi etibarlı adamı tapın.
Yaxınlarınız qəfil qərar, əməllə sizi heyrətləndirə bilərlər. Baş verənləri dərhal dəyərləndirmək asan deyil. Olaylarda müsbət yönlər də var. Mənfi emosiyaların təsiri altına düşməyin.
Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Sağlam məntiq yardımçınız olsun. Bu minvalla bir sıra problemləri həll edə bilərsiniz. Məqsədə çatmaq üçün trivial olmayan yollardan istifadə edin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, yeni məlumatların əldə olunması üçün əlverişli zamandır.
Yaxınlarınızla təmaslarda soyuqluq, laqeydlik, hadisələrə başdansovdu yanaşma olmamalıdır. Sevdiyiniz insanı sevindirməyə çalışın.
Əkizlər - köç vəy va mənzillə bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil. Dövlət qurumlarına, hakimiyyət strukturlarına müraciəti ertələyn. Maksimal dərəcədə diqqətli olun. Birgə layihənin həyata keçirilməsində maraqlarınızı ani hisslərə qurban verməyin.
Günün ikinci yarısı tədqiqat, potensialın və imkanların dəyərləndirilməsi üçün faydalıdır. Dəyər verdiyiniz insanlarla münasibətləri aktivləşdirin. Əhvalınız normal olmasa da, ciddi və diqqəli davranın. Belədə ailə üzvlərinin nigaranlığı da aradan qalxar.
Xərçəng - işlərə ciddi yanaşın. Emosiyalarınıza nəzarət edin. İşdə rəhbərlik və həmkarlarla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar qarşısında sərt tələblər qoymayın. İradların sayını artırmağa dəyməz.
Günün ikinci yarısında hadisələrin axarına təsir edə bilməsəniz, əhvalınız korlanacaq.
Axşam saatlarına yaxın sevdiyiniz insanla gəzintiyə çıxın. Kitab ala bilərsiniz. Səhhətinizə fikir verin.
Şir - bacarıq və təcrübənizi artırmaq üçün yaxşı zamandır. Təhsil alırsınızsa, biliklərin yeni sahəsinə maraq oyana bilər. Nüfuzunuzu artırın. Statusunuzda dəyişikliklər olacaq. Yaxın ətrafınızdakı yeni simalardan birinə səlahiyyət və məsuliyyətlərinizin bir hissəsini həvalə edə bilərsiniz.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağrılar hiss etsəniz, yalnız sınanmış, anladığınız dərman preparatlarından istifadə edin. Yeni pəhrizə başlamaq, gün rejimini dəyişmək üçün münasib zaman deyil.
Qız - işləri nizama salın. Yaşam arealında təxirəsalınmaz tədbirlərə ehtiyac var. Adi günlərdən fərqli olaraq detallara və xırdalıqlara xüsusi fikir verin. Yaxın ətrafınızdakı insanların məsləhətinizə ehtiyacı var. Çətin problemlərin həllində irəliləyişlər ola bilər.
Günün ikinci yarısı pedaqoji və ya elmi fəaliyyətlə məşğul olanlar üçün yaxşı zamandır. Ünsiyyətdə səmimi, adekvat olsanız, gərəkli anda gərəkli sözləri deməyi bacarsanız, irəliləyiş qaçılmazdır.
Kainatın mərkəzi olduğunuzu düşünməyin. Sadə, təvazökar olun. Ailə üzvlərinin dediklərinə qulaq asın.
Tərəzi - ətrafınızdakı bəzi insanların ikili həyatı sizi çılğına döndərməsin. Maskaların yırtılmasına hələ çox var. Sonucda məxfi məlumatı əldə edə bilərsiniz. Bu, baş verməsə belə, zahirdə görünənlə müqayisədə batindəki məğz sizi daha çox narahat etməlidir.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanları sərt tənqid etməyin. Dərs demək fikrinə düşməyin.
Səs-küylü məclisə, insanların çox olduğu yerə yollanmayın. Axşam saatlarını yaxınlarınız və sevdiyiniz insanlarla birlikdə keçirin.
Əqrəb - yaşam təcürbənizə güvənərək avantüralara qatılmayın. Velosiped ixtira etməyə dəyməz. Daha təcrübəli insanın məsləhətinə və ya başlamaq istədiyiniz işə bələd şəxsin dediklərinə qulaq asın. Belədə problemi daha asan və tez həll edə bilərsiniz.
Günün ikinci yarısında intensiv əməkdaşlıq bir sıra problemləri çözməyə imkan verəcək.
Axşam saatlarında asan və maraqlı ünsiyyət istisna deyil. Romantik macəra da ola bilər. Yaxınlarınızla münasibətlərinizi gərməyin. Hər şey sizin əlinizdədir. Situasiyaya təsir edərək fikir ayrılığının münaqişəyə çevrilməsinə imkan verməyin.
Oxatan - problemi şəxsi görüşdə daha məhsuldar şəkildə həll etmək olar. Şablon qaydada çalışmayın. Yaxın ətrafınızdakı insanların hərəkətlərinin motivasiyasını anlamağa çalışın. Fərdi təmaslarda xeyir var.
Günün ikinci yarısında uzunmüddətli səfərlər və alış-veriş məsləhət deyil.
Yaxınlarınızla söhbətdə təmkinli davranın. Haqlı olduğunuzu həddən ziyadə emosional şəkildə sübuta yetirməyə çalışmayın. Məntiq və arqumentlərə sığının. Səbrli olun, çünki qarşı tərəf dediklərinizlə asanlıqla razılaşmayacaq.
Oğlaq - aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün sivil vasitələrin hamısından istifadə edin. Yeni predmeti araşdırmaq, danışıqlar aparmaq, səfərə yollanmaq üçün pis gün deyil.
Günün ikinci yarısında xeyirxah və nikbin olun. Yaxın ətrafınızdakı insanlara kömək edin. Doğrudur, onların bəziləri hisslərinizi və əməllərinizi layiqincə dəyərləndirməyəcəklər.
Ailədəki mühiti yaxşılaşdırmaq üçün xırdalıqlara fikir verməyin. Bəzən kiçik hədiyyə və ya gül dəstəsi romantik münasibətlərin təməlini qoya bilər.
Subaysınızsa, yeni tanışlıq ola bilər.
Dolça - sizi tənqid edən insanın dedikləri peşə fəaliyyətinizə müsbət təsir edəcək nüanslara çevrilə bilər. Problemlərin müzakirəsindən çəkinməyin. Səhvləri tərəfdaş və ya şəriklə birlikdə təfərrüatlı formada nəzərdən keçirin.
Günün ikinci yarısında hisslərinizin rəvan olacağına bel bağlamayın. Yaxınlarınız əminlik və stabillik istəyirlər. Onlar sizdən yardım gözləyirlər. Seçim etməlisiniz. Ya prinsiplərinizə sadiq qalmalı, ya da ailə üzvlərinə güzəştə gedərək mövqeyinizdə dəyişikliklər etməlisiniz.
Balıqlar - olaylarla bağlı şəxsi fikriniz ətrafınızdakı insanlar üçün maraqlı deyil. Başqasının fikirləri ilə ya razılaşmalı, ya da münaqişə situasiyası yaratmaq bahasına olsa da, mövqelərinizdən geri çəkilməməlisiniz.
Şəraitə uyğunlaşmağa çalışmayın.
Günün ikinci yarısı güzəştlər zamanıdır. Uğursuz situasiya əhvalınızı korlaya bilər. Öhdəsindən daha yaxşı gəldiyiniz işlə məşğul olun. Tələsməyin.
Yaxınlarınızla təmaslarda sadə və səmimi olun. Onların dediklərini anlamağa çalışın. Ailə üzvlərinin arqumentləri və niyyətləri sizin üçün ciddi əhəmiyyət kəsb etməlidir.
Milli.Az