Ölkə

Azərbaycanda Benzinin keyfiyyəti niyə aşağı düşüb?

17 Oktyabr 2024 15:19
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl Azərbaycanda satılan  "Aİ-92" markalı benzinin qiyməti qalxaraq 1.10 AZN/L oldu. Təbii ki, bu qiymət artımı həmin markalı benzindən istifadə edənlərin büdcəsinə ciddi təsir etdi.

Qiymət artımından sonra "Aİ-92" markalı benzinin keyfiyyətinin aşağı düşdüyü iddia olunur. Bəzi avtomobil sahiblərinin iddiasına görə, yanacaqdoldurma məntəqələrdən bilərəkdən "Aİ-92" markalı benzinin keyfiyyətini azaldır ki, hamı "Aİ-95" markalı benzindən istifadə etsin.

Milli.Az bildirir ki, məsələ ilə bağlı News24.az-a danışan tanınmış avtomobil ustası Elman Məmmədov deyib ki, qiymət artımından sonra sürücülərin şikayəti daha çox artıb:

"Aİ-92" markalı benzinin qiyməti qalxandan sonra sürücülər yanacaq sərfiyyatının çoxaldığını qeyd edirlər. Bu halla mən də rastlaşıram. Əksər YDM-lərin benzinləri çox keyfiyyətsizdir. Qiymət artımından sonra benzinin müəyyən hissəsi "uçur". Təbii ki, bunu sübut etmək üçün əlimizdə konkret fakt yoxdur, ancaq deyilənlər də səbəbsiz deyil. Əksər sürücülər hazırda bu problemlə üz-üzədirlər. Sözün düzü qiymət artımına qədər "Aİ-92" markalı benzindən şikayətlər azalmışdı, ancaq indi benzinin hətta bir neçə litrinin boşa getdiyini də eşidirik. 

Ancaq digər problem də sürücülərdədir. Müraciətlərə baxarkən, maşına baxış keçiririk və aydın olur ki, sahibi "Aİ-95" markalı benzin əvəzinə "Aİ-92" markalı benzindən istifadə edir. Sürücülərə bunun yanlış olduğunu izah etsək də onlar qiymətin ucuzluğuna görə belə etdiklərini bildirirlər. Fərdin cibinə "Aİ-95" uyğun deyil, amma maşın da sürmək istəyir, "Aİ-92" vurur və daha sonra benzinin keyfiyyətindən şikayətlənir. Sürücülərimiz düşünməlidir ki, benzində 30, 50 qəpik qənaət etməklə onlar irəli düşmürlər, əksinə, avtomobillərində ciddi problemlər yarana bilər. Ona görə də problemlərdən biri də sürücülərin avtomobillərinin yanacaq təyinatına görə deyil, qiymətə görə ucuz benzindən istifadə etmələridir". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.