Hava

Şahdağda qar yağıb - Faktiki hava

7 Dekabr 2023 12:00
Baxış: 1 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Şahdağda hündürlüyü 3 sm olub.

Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Naxçıvan, Şərur, Şahbuz, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Balakən, Oğuz, Şəki, Qax, İsmayıllı, Altıağac, Ağsu, Quba, Qusar, Xaltan, Gəncə, Şəmkir, Ceyrançöl, Şahdağ, Tərtər, Zərdab, İmişli, Daşkəsən, Goranboy, Yardımlıda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Sumqayıt, Qobustan, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Xaltan, Qusar, Göyçay, Biləsuvar, Yardımlı, Lerikdə duman müşahidə olunub.

Qərb küləyi arabir Daşkəsəndə 20 m/s, Altıağacda 17 m/s-dək güclənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.