Umayra Tağıyeva: “Təbii fəlakətlərin sayı artacaq”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təəssüf ki, iqlim dəyişmələri ilə bağlı son zamanlar inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrin iqtisadiyyatı böyük itkilərlə qarşılaşır".
Milli.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O bildirib ki, alimlərin proqnozuna görə, yaxın gələcəkdə təbii fəlakətlərin sayı bütün dünyada çoxalacaq:
"Təbii ki, iqlimin istiləşməsi, eyni zamanda, buzlaqların əriməsi və okean səviyyəsinin artması nəticəsində atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər bütün bəşəriyyət üçün böyük çağırışa çevrilib".
Umayra Tağıyeva qeyd edib ki, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır:
"Noyabr ayında qonşu ölkələrdə müşahidə olunan proseslər də bu problemin nə qədər böyük olduğundan xəbər verir".
Nazir müavini əlavə edib ki, 2 gündən sonra ilin ən önəmli beynəlxalq tədbirlərindən biri keçiriləcək:
"Azərbaycan konfransda böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Burada iqlim dəyişmələrinə milli uyğunlaşma planı çərçivəsində ölkədə görülən işlər haqqında ətraflı məlumatlar veriləcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





