Hava

Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır

26 May 2023 21:14
Baxış: 1 474

Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti müşahidə olunur, leysan yağış və dolu yağır.

Milli.Az report-a istinadən xəbər verir ki, Daşkəsən, Göygöl rayonlarına leysan yağışlar yağıb, dolu düşüb.

Meydana gələn qasırğa nəticəsində bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə ildırım düşüb.

Hazırsa Gəncə şəhərində də güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, hava şəraiti səbəbindən avtomobil yollarında, əsasən də magistral yollarda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics