Video

Yenilənmiş Lexus RX - VİDEO - FOTO

4 Aprel 2015 18:58
0 Şərh     Baxış: 2 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Lexus şirkəti markanın tarixində ən populyar avtomobil hesab edilən RX krossoverinin növbəti nəsilini təqdim edib. Yeni avtomobilin ilk açıq nümayişi Nyu-York avtosalonunda baş tutub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni avtomobilin dizaynı artıq yeni "leksuslar"ın, məsələn NX modelinin hazırlanmasında istifadə edilən üsluba əsaslanıb. Krossover yeni radiator barmaqlığı, tam işıqdiod optikası (əsas işıq faraları, duman əleyhinə fənərlər, gündüz hərəkət işıqları və arxa fənərlər) və əvvəlki 19 düymlük təkər disklərini əvəz edən 20 düymlük təkər diskləri əldə edib.

RX interyerində 12,3 düymlük multimedia sistemi ekranı, qızdırılan arxa kürsülər, panoram dam və həmçinin opsiyada arxa sıra sərnişinləri üçün 11,6 düym displey ilə təchiz edilib.

Başlanğıcda krossover iki - RX 350 və RX 450h versiyalarında təklif ediləcək. Birinci halda 300 at güclü 3,5 litrlik V6, ikinci halda isə 300 at güclü hibrid güc qurğusundan istifadə edilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.