Türkiyə

Bu problem müharibəsiz həll olunmayacaq! - Türk general

7 Oktyabr 2021 10:36
0 Şərh     Baxış: 1 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Yunanıstan arasında böhran müharibə olmadan həll edilə bilməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahı Kəşfiyyat xidmətinin keçmiş rəhbəri, general İsmayıl Haqqı Pekin deyib.

"Müharibə olmadan qarşılıqlı problemlər həll edilməyəcək. Lakin müharibə olsa da, bir tərəfin digər tərəfi tam məğlubiyyətə uğratması mümkün deyil. Çünki digər tərəfin arxasında Qərb dayanır. Onlar Türkiyənin Yunanıstanı əzməsinə imkan verməzlər", - deyə ekspert bildirib.

İ.Haqqı Pekin onu da əlavə edib ki, Afina Avropa Birliyinin dəstəyi ilə haqsız istəklərini Türkiyəyə qəbul etdirməyə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.