Türkiyə

Türkiyədə Azərbaycandan gedən yanğınsöndürənlərə xüsusi təşəkkür etdilər

1 Avqust 2021 11:58
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün Muğla meşələrində yanğın söndürmənin artıq 3-cü günündəyik və yanğını nəzarət altına aldıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasin Yaprak deyib.

Yasin Yaprak bildirib ki, ilkin məlumatlara əsasən meşədə 1500 hektar civarında yanğın olub:

"Ancaq detallı məlumatlar yanğından sonra olacaq. Çox şükür ki, itkilərimiz çox deyil.

3 kənd boşaldılıb. Bu kəndlərin hərəsində də 4-5 ev zərər görüb. Yanğının baş verdiyi ilk gün bir vətəndaşımız yanğınsöndürənlərə dəstək olarkən həyatını itirib. Allah rəhmət eləsin. İndi isə yanğın qismən nəzarət altındadır. Günün sonuna kimi tam nəzarət altına alacağımızı düşünürük".

Yasin Yaprak Azərbaycandan gedən yanğınsöndürənlərə xüsusi təşəkkür etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.