Ərdoğan Pompeonu niyə qəbul etmədi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 16-da Türkiyəyə səfər edən ABŞ dövlət katibi Mayk Pompeonu qəbul etməməsi müzakirələrə səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mövzu Türkiyə KİV-də geniş işıqlandırılıb və ölkə başçısının hansı səbəbdən belə addım atdığı sualı üzərində düşünülüb.
"Hürriyət" qəzeti yazır ki, Pompeo Türkiyə səfərindən əvvəl Fransada olub. Amerikalı diplomatın Prezident Emmanuel Makronla kameralardan uzaq görüşü baş tutub.
Pompeo görüşdən sonra fransız "Le Figaro" qəzetinə açıqlamasında Türkiyə barədə ittihamlar irəli sürüb. O, Makronla həmfikir olduğunu, Türkiyənin son zamanlar aqressiv addım atdığını vurğulayıb, Şərqi Aralıq, Suriya, Liviya və Dağlıq Qarabağdakı məsələlərə toxunub.
"Türk hərbi gücündən istifadənin artması bizi narahat edir. Avropa və ABŞ Prezident Ərdoğanı bu cür hərəkətlərin xalqının mənafeyinə uyğun olmadığına inandırmaq üçün birlikdə çalışmalıdırlar", - Pompeo bildirib.
Pompeonun bu çıxışından sonra Ərdoğan və Türkiyə rəsmilərinin onunla görüşmədikləri ehtimal edilir.
Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi "RİA Novosti"yə açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 16-da Türkiyəyə səfər edən ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün vaxt tapa bilmədiyini bildirmişdi: "Prezident Ərdoğanın cədvəli dəyişdiyindən və Dövlət Katibinin səfəri əsasında qoyduğumuz parametrlərə cavab verə bilmədiyindən görüş baş tutmayıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
XƏBƏR LENTİ
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)





