Türkiyə

Türkiyədə uşaqlara sosial mediaya giriş qadağan EDİLDİ

23 Aprel 2026 10:07
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub.

Milli.Az xəbər verir ki, Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi ilə bağlı qaydaları özündə əks etdirən qanun layihəsi Parlament tərəfindən qəbul edilib və qanuna çevrilib.

Qanuna əsasən, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcəklər. Platformalar bu cür xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirlər görməyə borclu olacaqlar. Bundan əlavə, sosial şəbəkə provayderlərindən valideyn nəzarəti vasitələri təmin etmələri tələb olunacaq.

Sosial şəbəkə provayderi aydın, başa düşülən və istifadəçi dostu valideyn nəzarəti vasitələri təqdim edəcək. Bu valideyn nəzarəti vasitələrinə hesab parametrlərinə nəzarət, alış-veriş, icarə və ödənişli üzvlük kimi ödənişli əməliyyatları valideyn icazəsi və ya təsdiqi ilə təmin etmək, istifadə müddətini izləmək və məhdudlaşdırmaq mexanizmləri daxil olacaq.

Sosial şəbəkə provayderləri aldadıcı reklamların qarşısını almaq üçün tədbirlər görməkdən məsul olacaqlar.

Bu müddəa qaydanın dərc edildiyi tarixdən altı ay sonra qüvvəyə minəcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.