Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar - Azərbaycanda da çox məşhurdur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şanlıurfa və Kahramanmaraşda baş verən ardıcıl məktəb hücumları Türkiyədə böyük narahatlıq yaradıb. İki hadisə nəticəsində 1 müəllim və 8 şagird həyatını itirib, ümumilikdə 33 nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, aparılan araşdırmalar zamanı hücumçular arasında diqqətçəkən oxşarlıq üzə çıxıb. Məlum olub ki, hər iki şəxs uzun müddət eyni kompüter və mobil oyunu - PUBG oynayıb.
İlk hadisə 14 aprel tarixində Şanlıurfanın Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində qeydə alınıb. Atışma nəticəsində 4 müəllim və 10 şagird yaralanıb. Bu hadisədən təxminən 24 saat sonra isə Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta Məktəbində silahlı hücum baş verib.
.jpg)
İkinci hücumda 8-ci sinif şagirdi İsa Aras Mersinli atasına məxsus silahlarla məktəbə daxil olaraq iki sinif otağında atəş açıb. Nəticədə riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həyatını itirib, 17 nəfər yaralanıb.
.jpg)
Hüquq-mühafizə orqanları hadisələrdən sonra hücumçuların keçmişini araşdırarkən onların davranışlarında müəyyən oxşarlıqlar aşkar edib. "Sabah" qəzetinin yaydığı məlumata görə, hər iki hücumçu uzun saatlar ərzində zorakı məzmunlu oyun oynayıb.
Mütəxəssislər qeyd edir ki, münaqişə və zorakılıq üzərində qurulan oyunlar nəzarətsiz şəkildə oynandıqda, xüsusilə azyaşlılar üçün risk faktoruna çevrilə bilər. Bununla belə, belə hadisələrin tək bir səbəblə izah olunmasının düzgün olmadığı və psixoloji, sosial və ailəvi amillərin də nəzərə alınmalı olduğu vurğulanır.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





