Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da baş verən 6,1 bal gücündə zəlzələ ilə bağlı tanınmış geoloq Prof. Dr. Naci Görür sosial mediada açıqlama verib.
Milli.Az xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 19:53-də qeydə alınan təkan 11 kilometr dərinlikdə baş verib və sonrasında maqnitudası 4,6, 4,1 və 4,0 olan üç artçı zəlzələ müşahidə olunub.
Prof. Dr. Naci Görür paylaşımında zəlzələnin Simav Fay Zonası, Sındırgı seqmentində, sağ-yan fay üzərində meydana gəldiyini bildirib:
"Kiçik bir zəlzələ deyil, orada dağıntılar ola bilər. Daha böyük zəlzələ olacağını düşünmürəm. Bir müddət evlərdən uzaq durun." - deyə o, sakinləri ehtiyatlı olmağa çağırıb.
Mütəxəssis həmçinin bölgədəki artçı təkanların davam edə biləcəyini, buna görə də zərər görmüş binalara daxil olunmamasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, zəlzələ nəticəsində bir nəfər həlak olub.
Fidan
Milli.Az